logo

Qubada "Niva" dərəyə aşdı: İki nəfər öldü

11:11 11-09-2022 | icon 10101
Qubada "Niva" dərəyə aşdı: İki nəfər öldü

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Qrızdəhnə kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi "Niva" markalı maşın dərəyə aşıb. Qəza nəticəsində sürücü və avtomobildəki sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov həlak olub.

Qəza ilə bağlı araşdırma aparılır.