logo

Avropa İttifaqı Azərbaycan tərəfinin 5 erməni hərbçisini təhvil verməsini alqışlayır

09:39 09-09-2022 | icon 623
Avropa İttifaqı Azərbaycan tərəfinin 5 erməni hərbçisini təhvil verməsini alqışlayır

Avropa İttifaqı(Aİ) Azərbaycan tərəfinin 5 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayır.

YeniAvropa xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün "Twitter" hesabında məlumat paylaşıb.

“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq. Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”,-deyə Klaar vurğulayıb.