logo

Bakıda İsveçrənin Milli Günü qeyd edilib

22:42 08-09-2022 | icon 1456
Bakıda İsveçrənin Milli Günü qeyd edilib

Sentyabrın 8-də Bakıdakı "Landmark" hoteldə İsveçrənin Milli Günü münasibətilə rəsmi ziyafət təşkil edilib.

YeniAvropa xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən İsveçrənin Azərbaycandakı səfiri xanım Muriel Peneveyre iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın uğurla irəlilədiyini bildirib. 

“Geridə qalan 30 ildə Azərbaycan ilə İsveçrə arasında əlaqələr bir çox sahələrdə, o cümlədən iqtisadi, mədəni, turizm sahələrində inkişaf edib. Belə ki, İsveçrənin Azərbaycanda yeni əməkdaşlıq proqramı çərçivəsində maliyyələşdirdiyi layihələr iqtisadi və texniki əməkdaşlıq sahələrində əldə olunan nailiyyətlərə əsaslanacaq”, - deyə səfir qeyd edib.

Xanım səfir bu ilin sonunda Azərbaycan-İsveçrə Hökumətlərarası Komissiyanın növbəti iclasının Bakıda keçirilməsinin planlaşdırıldığını bildirib.

Öz növbəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov da iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Nazir bu ilin ilk 7 ayında  Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi iki dəfədən çox artdığını bildirib.

Mikayıl Cabbarov qeyd edib ki, ki ölkə arasında uğurlu əməkdaşlıq dostluq münasibətlərinə və qarşılıqlı hörmətə əsaslanır.

Onun sölərinə görə, birgə iqtisadi komissiya ölkələr arasında əlaqələrin inkişafı üçün əsas platformalardan biridir və Azərbaycan komissiyanın iclasını səbirsizliklə gözləyir.

“Azərbaycan İsveçrə şirkətlərini 44 günlük müharibədə qazanılmış qələbə nəticəsində yaranmış imkanlardan yararlanmağa dəvət edir”, - nazir əlavə edib.