Sahibə Qafarova Daşkənddə Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 8-də Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə ölkəmizin bu təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən spiker Sahibə Qafarova İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının inkişafındakı rolunu yüksək qiymətləndirib.
Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda fəal təmsilçiliyi və təşəbbüskarlığı haqqında danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təklifini irəli sürüb və 2021-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub. Sahibə Qafarova Parlament Şəbəkəsinin təsis iclasında iştirakına və Bakıda keçirilən birinci konfransa müraciətinə görə Duarte Paçekoya təşəkkürünü bildirib.
Azərbaycan parlamentinin spikeri xatırladıb ki, bu ilin 30 iyun-1 iyul tarixlərində isə Azərbaycanın paytaxtı Bakı şəhərində 40 ölkədən və 8 beynəlxalq parlament təşkilatından parlament nümayəndə heyətlərinin iştirakı ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk konfransı keçirilib. Konfransın yekununda qəbul olunan Bakı Bəyannaməsi ümumi mövqeyimizi və baxışlarımızı əks etdirməklə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ümumi məqsədlərə töhfə verməyə, digər parlament təşkilatları, o cümlədən Parlamentlərarası İttifaqla hamını narahat edən məsələlərin həllində birgə işləməyə hazırdır.
Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko təmsil etdiyi qurumla Azərbaycanın bu təşkilatın fəal üzvlərindən biri olmasından məmnunluğunu qeyd edərək, Azərbaycanın İPU-nun üzvü kimi əhəmiyyətli rolunu vurğulayıb. O, Parlamentlərarası İttifaqın qarşıdakı dövrdə fəaliyyət istiqamətləri, nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.
O, həmçinin əvvəlki dövrlərdə ölkəmizdə səfərdə olduğunu, Azərbaycan xalqının multikultural dəyərlərinin onda böyük təəssürat yaratdığını qeyd edib.
Duarte Paçeko müasir dövrdə parlament diplomatiyasının, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini bildirərək, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə Parlamentlərarası İttifaqla Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qırğızıstan dövlət bayrağını dəyişdirir
Bakıda “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı konfrans keçirilib
Bakı yenidən Beynəlxalq Sığorta Forumuna ev sahibliyi edəcək
Ekoloji qaydaların pozulması hallarının qarşısı alınıb
UEFA Çempionlar Liqası: Bu gün 1/8 finalın daha üç iştirakçısı bəlli olacaq
Respublika fənn olimpiadaları keçiriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan nefti 85,77 dollara satılır
21 yaşlı nəvəsi tərəfindən bıçaqlanan baba aparıldığı xəstəxanada öldü
Serbiya prezidenti Azərbaycan şirkətinin layihələndirdiyi yolun təməlini qoyub
Azərbaycanla Türkmənistan “Dostluq” yatağının birğə istismarını müzakirə edib
Azərbaycan və Gürcüstan universitetləri əməkdaşlıq edəcək
Ödənişli yolun Xaçmazdan keçən hissəsində qəza: 2 nəfər ölüb
Zaqatalada nəvə babasına bıçaqladı
SOCAR Özbəkistanda kimyəvi məhsullar istehsal edəcək
Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumu gələn il qardaş ölkədə keçiriləcək
Bakıda Orta Dəhliz üzrə tarif siyasəti müzakirə olunub
Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların hərəkəti dəyişdirilib
SOCAR-ın Türkmənistanda nümayəndəliyi açılıb
Azərbaycan və Özbəkistan QHT-lərinin bir-birini dəstəkləməsi vacibdir-Aygün Əliyeva
Cari ildə 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb
Milli Məclis Ermənistan parlamentinin spikerinin açıqlamasına münasibət bildirib
Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığı müzakirə edib
"Muğanbank"ın əmanətçilərinə 65 milyon manat kompensasiya ödənilib