logo

USAID Azərbaycana yeni missiya direktoru təyin edib

20:20 08-09-2022 | icon 5621
USAID Azərbaycana yeni missiya direktoru təyin edib

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi(USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru Maykl Nirbas (Michael Nehrbass) Bakıda vəzifəsini icrasına başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ=ın Azərbaycandakı səfirliyindən bildirilib. 

Qeyd edilib ki, bu vəzifəyə təyin olunmazdan əvvəl, cənab Nirbas Pakistanda missiya direktorunun müavini vəzifısində çalışıb. USAID/Pakistan-a qoşulmazdan əvvəl o, USAID/İraq üçün sabitləşmə, iqtisadi artım, demokratiya və idarəetmə fəaliyyətlərinə nəzarət edib.

Maykl Nirbas 2001-ci ildə USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. O, Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika bürosunda xidmət edib.

O, Milli Müharibə Kollecində Milli Təhlükəsizlik Strategiyası üzrə magistr
dərəcəsi, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi və Berkli Kaliforniya Universitetində folklor üzrə bakalavr dərəcəsinə malikdir..
Azərbaycan üzrə Missiya direktoru kimi cənab Nirbas Azərbaycanın prioritetlərini
dəstəkləmək üçün USAID proqramlarına nəzarət edəcək.

“Mən USAID-in inkişaf proqramlarının uğurlarına əsaslanaraq Azərbaycan hökuməti, donor icması, özəl sektor və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirəm”, - deyə M.Nirbas bildirib.

Qeyd edək ki, 1991-ci illərdən bəri USAID Azərbaycan xalqının həyatını yaxşılaşdırmaq məqsədilə 427 milyon ABŞ dollarından çox vəsait ayırıb.