İranın yol və şəhərsalama naziri Rüstəm Qasemi bu gün Azərbaycana işgüzar səfərə gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfər çərçivəsində Rüstəm Qasemi Rusiya və Azərbaycanın müvafiq qurumlarının rəhbərləri ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində aparılan işləri, o cümlədən Rəşt-Astara dəmir yolunun tikilib başa çatdırılması məsələsini müzakirə edəcək.
Bununla yanaşı, iranlı nazir Azərbaycanın bəzi rəsmi şəxsləri ilə də görüşəcək.