Polşanın din xadimləri Azərbaycanda səfərdədir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi və “Həyat sözü” Xristian dini icmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandakı dini həmrəylik, tolerantlıq mühiti, xristian, eləcə də alban dini məbədləri, polyak mirası və icması ilə tanışlıq məqsədilə 7-14 sentyabr 2022-ci il tarixlərində ölkəmizdə səfərdədir.
Dövlət Komitəsindən YeniAvropa-ya bildirilib ki, nümayəndə heyəti sentyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində olub. Qonaqlar AMEA Rəyasət Heyətinin inzibati binası ilə tanış olduqdan sonra Azərbaycan-Polşa münasibətlərini, elmi əlaqələrini araşdıran alimlərlə görüşüblər. Görüşdə AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, eləcə də Polşa-Azərbaycan ədəbi əlaqələrini tədqiq edən azərbaycanlı alimlər iştirak ediblər.
Daha sonra nümayəndə heyəti Bakıda yerləşən “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” katolik kilsəsini ziyarət edib, ibadət zalı və inzibati bina ilə tanış olublar.
Sentyabrın 8-də Bakıdakı Müqəddəs Qriqori (erməni) kilsəsində olan qonaqlar məbədin tarixi, onun qorunub saxlanılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər barədə məlumatlandırılıblar. Bildirilib ki, Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub. Azərbaycan tarixin ilkin dönəmlərindən başlayaraq hər zaman başqa xalqlara və dinlərə sayğı ilə yanaşıb. Bu münasibət müasir zamanda da nəinki dəyişməyib, əksinə, daha da dərinləşib. Diqqətə çatdırılıb ki, kilsədə erməni dilində minlərlə kitab qorunub saxlanılır. Müqəddəs Qriqori kilsəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilib.
Qeyd edək ki, Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Varşava Oçota rayonunun pastoru Przemislav Çvek, Varşava Baş Yeparxiyasının Uşaq və Gənclərin Müdafiəsi üzrə Yepiskop Nümayəndəsinin müavini Mixal Turkovski və başqaları daxildir.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb