logo

Son on gündə Laçın və Kəlbəcər rayonlarında 74 ədəd mina zərərsizləşdirilib

15:55 08-09-2022 | icon 5124
Son on gündə Laçın və Kəlbəcər rayonlarında 74 ədəd mina zərərsizləşdirilib

Laçın və Kəlbəcər rayonları ərazisindəki dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən son on gün ərzində 72 ədəd 2019-cu ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə və 2 ədəd tank əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,cari ilin sentyabr ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 73 ədəd piyada əleyhinə, 47 ədəd tank əleyhinə mina və 8 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 273 hektar ərazi tam təmizlənib.

Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 26 min 455 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7 min 558 ədəd piyada əleyhinə, 2 min 342 ədəd tank əleyhinə mina və 9 min 944 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.