Gölgöldə ilk dəfə cüdo üzrə Avropa kuboku yarışı keçiriləcək
Azərbaycan ilk dəfə yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirinə ev sahibliyi edəcək. Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış gələn il mayın 6-7-də Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək.
YeniAvropa xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu ölkəmizin cüdo üzrə dünya çempionatı, “Böyük dəbilqə”, Qran-Pri və digər yarışlara dəfələrlə ev sahibliyi etdiyini deyib. Bildirib ki, növbəti belə yarışımız noyabrın 4-dən 6-dək keçiriləcək “Böyük dəbilqə” yarışı olacaq. Lakin indiyədək Beynəlxalq Cüdo Federasiyası (IJF) və EJU-nun rəsmi təqviminə daxil olan və ölkəmizdə keçirilən beynəlxalq yarışlar adətən Bakıda və böyüklər arasında təşkil edilib.
“Avropa kuboku yarışı regionda təşkil olunacaq ilk rəsmi beynəlxalq statuslu yarış olacaq və yeniyetmələr arasında keçiriləcək. Bu baxımdan, bu yarışın cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rolu olacaqdır”, - deyə R.Rəsullu əlavə edib.
O, həmçinin bu yarışın yeniyetmələrdən ibarət milli yığmanın üzvlərinin öz peşəkarlıqlarını artırmaları, növbəti il yeniyetmələr arasında Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyən edilməsi baxımından mühüm rol oynayacağını da qeyd edib.
Qeyd edək ki, turnir bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə mayın 8-dən 10-dək beynəlxalq təlim-məşq toplanışı təşkil olunacaq.
Azərbaycan Cüdo Federasiyası növbəti illərdə Göygöl Avropa kuboku yarışının ənənəvi şəkildə təşkil edilməsi, həmçinin gənclər arasında da analoji yarışın ölkəmizdə təşkil edilməsi üçün EJU ilə əməkdaşlıq etməyə davam edəcək.
Zelenski Fransanın “Fəxri legion” ordeni ilə təltif edilib
QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib
Heydər Əliyev Fondunun göndərdiyi humanitar yardım Qaziantepə çatıb
"Banklar haqqında” Qanunda dəyişiklik edilir
3 boksçumuz “Qızıl kəmər” seriyasının finalına yüksəlib
Fevralın 12-də ali məktəblərə qəbul üzrə sınaq imtahanı keçiriləcək
63,5 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Azərbaycan nefti 86,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb
Dənizdə dalğanın hündürlüyü 4,8 metrə çatıb
Şimal bölgəsinə 20 sm qar yağıb, 14 dərəcə şaxta var
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 60-cı günü
Zelenski Londona səfər edib
Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası olub
BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfər edəcək
Bu gün Azərbaycanda 310 doza vaksin vurulub
Azərbaycanda daha 31 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 9 mini ötüb
Azərbaycanın tibb müəssisələrində Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün 2 min çarpayı ayrılıb
"Bakcell" Türkiyəyə xüsusi telekommunikasiya avadanlığı göndərib
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb
Dağlıq rayonlarda yollar buz bağlayacaq
“Papanin” və “Kubinka”da reyd: 13 narkotacir saxlanılıb
İlham Əliyev Türkiyə səfirliyinə gələrək başsağlığı verib
Türkiyədəki zəlzələ bölgəsindən 205 Azərbaycan vətəndaşı təxliyə edilib