Qurban Qurbanov: Ciddi rəqiblə qarşılaşacağıq
“Frayburq” çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik.
YeniAvropa xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının G qrupunun birinci turu çərçivəsində Almaniyanın “Frayburq” komandasının qonağı olacaq Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl təşkil olunan mətbuat konfransında bildirib.
Mütəxəssis deyib: “Öz istədiklərimizi etməyə çalışacağıq. Futbolçularıma inanıram. Azarkeşləri maraqlı matç gözləyir. Çox intizamlı komandaya qarşı oynayacağıq.
Meydanda nə edəcəyimizi bilirik. Amma rəqibin əks zərbələrinə hazırlıqlı olmalıyıq. "Frayburq"un baş məşqçisinin yetərincə təcrübəsi var. O, şəhərdə və futbolçular tərəfindən çox sevilir. Göstərilən etimadı doğruldub. Komanda uzun illər ərzində eyni səviyyədə çıxış edir. Bizdə belə matçlarda istər-istəməz həyəcan olur. Hər halda bu baş məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün maraqlıdır. Həm də həvəsliyəm. Meydanda aktiv və dinamik olmalıyıq. Hər liqanın və komandanın üstünlükləri var. Sabah maraqlı matç olacağına inanıram”.
Baş məşqçi Bundesliqa təmsilçisinin standart vəziyyətlərdə təhlükəli olduğunu xatırladıb: “Neçə gündür, baxırıq, analiz edirik və bunları futbolçulara göstəririk. Daha diqqətli olmağa çalışacağıq. Rəqibin əlavə nəsə etməsi bizə çətinlik yarada bilər".
Qeyd edək ki, "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
İbrahim Rəisi İlham Əliyevə zəng edib
İrandakı zəlzələ Naxçıvanda da hiss olunub
İsrailin prezidenti Azərbaycan prezidentinə başsağlığı verib
İsveçin NATO-ya üzvlük prosesi dayandırılıb
Misir prezidentinin Azərbaycana səfəri başa çatıb
Samirə Kərimzadə-NATO Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən ilk hərbi qulluqçumuzdur
ATƏT-in baş katibi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib
Azərbaycan və Tacikistan XİN başçıları telefonla danışıblar
31 il əvvəl:Ermənilər Şuşa yaxınlığında vurduğu mülki helikopterdə 44 nəfər həlak olub
Bu gün Azərbaycanda 353 doza vaksin vurulub
Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb
Fevral ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ
Koronavirus xəstələrlə çalışan həkimlərin maaşına əlavənin müddəti uzadılıb
Azərbaycan və Misir beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəni gücləndirir
Fevralın 1-dək respublikanın bəzi bölgələrində qar yağacaq
Misir prezidentnin şərəfinə nahar verilib
2025-ci ildə ABŞ Çinlə müharibəyə başlayacaq-Proqnoz
Fransa XİN-i Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib
Sabah Bakıda 8° isti olacaq
Azərbaycan-Misir sənədləri imzalanıb
QHT nümayəndələri Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb
Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşü olub
BMT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib
Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan nefti 88,91 dollara satılır