Azərbaycan-Türkmənistan Birgə Komissiyasının iclası keçiriləcək
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov və Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov arasında görüş keçirilib, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iqtisadiyyat naziri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edərək uğurlar arzulayıb. Qeyd olunub ki, Azərbaycan-Türkmənistan münasibətləri davamlı olaraq inkişaf edir, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquq bazası yaradılır, iqtisadi-ticarət əlaqələri güclənir. Bildirilib ki, nəqliyyat-tranzit sahəsi tərəfdaşlığımızın əsas istiqamətlərindəndir və yaradılmış əlverişli infrastruktur və potensialdan səmərəli istifadə regionun inkişafına töhfə verir. Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkmənistandan keçir, bu da ölkələrimizi transkontinental nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri barədə məlumat verilib, energetika, investisiya, nəqliyyat, ticarət, kommunikasiya və digər sahələrdə əlaqələrin inkişafı imkanları diqqətə çatdırılıb.
Səfir Qurbanməmmet Elyasov ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib, tərəfdaşlığın daha da gücləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb.
Tərəflər birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, iqtisadi sahədə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır