logo

Xəzər dənizində dalğanın hündürlüyü 4,4 metrə çatıb

14:34 06-09-2022 | icon 5131
Xəzər dənizində dalğanın hündürlüyü 4,4 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 6-na olan məlumatına əsasən Böyük Qafqazın dağlıq ərazilərindən başlayaraq bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Balakən-Şəki və Lənkəran-Astara zonasında leysan xarakterli, intensiv olub. Leysan yağış nəticəsində Talaçaydan (Zaqatala) sel keçib.

Xidmətdən YeniAvropa-ya bildirilib ki,düşən yağıntının miqdarı Lənkəranda 29 (aylıq normanın 49 faizi), Astarada 24 (aylıq normanın 48 faizi), Zaqatalada 16, Balakəndə 11, Yardımlıda 10, Vəlvələçay-Təngəaltıda 9 (Quba), Lerikdə 8, Əyriçay-Başdaşağılda (Oğuz) 7, Qubada 5, Sarıbaşda (Qax) 4, Ləzədə 3, Qusar, Kişçayda (Şəki) 2, Şəki, Qəbələ, Qobustan, İsmayıllı, Qrız, Oğuzda 1 millimetr təşkil edib. Abşeron Dəniz rayonunda - Çilov adasında da yağış yağıb.

Şimal-qərb küləyi əsib, sürəti Ağdam, Ağstafa, Salyan, Neftçala, Gəncədə saniyədə 20, Şirvanda 19, Naftalan, Tovuz, Tərtər, Beyləqanda 18, Ceyrançöldə 17, Mingəçevirdə 16, Bakıda və Abşeron yarımadasında - Bakıda 28, Neft Daşlarında 21, Çilov adasında 20, Ələtdə 19, Pirallahı, Binədə 18 metrə çatıb. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,4 metr olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 8-dək davam edəcəyi gözlənilir.