logo

İranın müdafiə nazirinin müavini Azərbaycana səfərə gəlib

12:22 06-09-2022 | icon 616
İranın müdafiə nazirinin müavini Azərbaycana səfərə gəlib

İranın müdafiə nazirinin müavini admiral Əmir Rostagarinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 6-da Azərbaycan Respublikasına səfər edib.

YeniAvropa xəbər verir ki, İran nümayəndə heyəti Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərində iştirak edəcək.

Admiral Bakıya yola düşərkən yerli jurnalistlərə açıqlamasında bildirib ki, nümayəndə heyəti sərgidə İranın yeni hərbi nailiyyətlərini nümayiş etdirəcək, sərgidə iştirak edən digər ölkələrin təmsilçiləri ilə danışıqlar aparacaq.

Əmir Rostagari Azərbaycan Respublikasının Müdafiə Nazirliyində də bir sıra görüşlər keçirəcəyini diqqətə çatdırıb.