logo

Azərbaycan nefti 99,06 dollara satılır

10:50 06-09-2022 | icon 742
Azərbaycan nefti 99,06 dollara satılır

Azərbaycan neftinin qiyməti bahalaşıb.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,53 dollar artaraq 99,06  ABŞ dolları təşkil edib.

Azərbaycan neftinin maksimum satış qiyməti bu il martın 9-də qeydə alınıb. Neftin 1 bareli 135,99 ABŞ dollarına satılıb.  

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il iyunun 25-də 116 dollardan baha (116,05) satılıb.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.