logo

Ağsuda iki qadın itkin düşüb

10:30 06-09-2022 | icon 1155
Ağsuda iki qadın itkin düşüb

Ağsu rayonunda iki qadın itkin düşüb

Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildirilib ki, rayonun Çaparlı kənd sakini, 28 yaşlı Gülnişan Səfərli avqustun 22-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. Onun boyu 155 sm, orta bədən quruluşlu, uzun qara saçlı, gözləri qəhvəyi rənglidir.

Bundan başqa, Ağsu rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə də məlumat daxil olub. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Həmin şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102”Xidməti-Zəng Mərkəzinə, həmçinin Ağsu rayon Polis Şöbəsinə (020) 226-27-93 şəhər və (055) 820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

file.+-0-