Londondakı səfirliyimizə hücumla bağlı cinayət işi açılıb
Avqustun 4-də bir çox yerli və xarici media resurslarında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsini əks etdirən videogörüntülər yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək məqsədilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə zidd olaraq qeyd edilən tarixdə yerli vaxtla saat 16-17 radələrində London şəhəri, 4 Kensinqton Court W8 5DL ünvanında yerləşən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücum etməklə əmlakı qəsdən zədələmələrinə, binanın eyvanına qalxaraq dövlət rəmzi olan Azərbaycan bayrağını yerə atmaqla təhqiredici hərəkətlər etmələrinə, daha sonra özləri ilə gətirdikləri bayraq və plakatları eyvandan asıb, boyalar vasitəsi ilə inzibati binanın divarlarına müxtəlif məzmunlu dini şüarlar yazmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.
Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.
İlham Əliyev bir sıra ölkələrdəki səfirləri geri çağırdı,bir sıra ölkələrə yeni səfirlər təyin etdi
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 371 min nəfəri ötüb
Azərbaycanda daha 499 nəfər koronavirusa yoluxdu
İntim videosu yayılan FHN-in polkovniki həbs edilib
Dünya çempionatı: Güləşçimiz erməni rəqibini məğlub edib finala yüksəldi
Ərdoğan Hersoqla Türkiyə-İsrail əməkdaşlığını müzakirə edib
Bu gün vəfat edən polkovnik-leytenant ehtiyatda olub-MN
Mərc oyunlarının gəlirlərinin bir hissəsi sosial layihələrə yönəldiləcək
Krımın azad olunması Ukraynanın gündəlikdəki əsas məsələdir
Zelenski Ərdoğandan nəyi xahiş etdi?
"Qarabağ"ın səfər oyunu üçün əlavə biletlər satışa çıxarılıb
Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ilk iclası keçirilib
Sabah Bakıda 38° isti olacaq
“Azpetrol” işğaldan azad olunan torpaqlarda ilk YDM-ni açıb
Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət edib
Bakıda fəhlə tikilən hündürmərtəbəli binadan yıxılıb öldü
Azərbaycan nefti 97,87 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Azərbaycanda un və çörəyin qiyməti qalxdı
Putin "G20" sammitində iştirak edəcəklər
Ərdoğan:Yeni Çernobıl faciəsi yaşamaq istəmirik
V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib
Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin danışıqlar masasında bitəcəyinə ümid edirəm
Türkiyə Ukraynanın bərpasında iştirak edəcək
Karateçimiz İrina Zaretska İslamiadanın ikiqat qalibi olub