logo

8 ayda “Azəri-Çıraq-Günəşli” yatağının gəlirləri 6,6 milyard dollar olub

15:15 05-09-2022 | icon 2310
8 ayda “Azəri-Çıraq-Günəşli” yatağının gəlirləri 6,6 milyard dollar olub

Cari ilin ilk 8 ayında “Azəri-Çıraq-Günəşli” yatağından 6 milyard 629 milyon ABŞ dolları gəlir əldə edilib.

Dövlət Neft Fondundan YeniAvropa-ya bildirilib ki, 8 ayda “Şahdəniz” yatağından isə (qaz və kondensat) 1 milyard 148 milyon ABŞ dolları gəlir əldə olunub.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328 milyon 567 min ABŞ dolları təşkil edib.