ABŞ-ın dövlət katibi Azərbaycan prezidentinə zəng etdi
Avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı ABŞ dövlət katibi bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib.
Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib və nəticədə Azərbaycanın hərbi qulluqçusu həlak olub. Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu hərbi təxribatın qarşısını almaq üçün zəruri cavab tədbirlərini həyata keçirdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib. Amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyyətli bəyanatlar səsləndirilir.
Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasının başa çatmaq üzrə olduğunu deyib və vurğulayıb ki, bu yol hazır olandan sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya sülhməramlı qüvvələrinin kontingenti həmin yola dislokasiya ediləcək.
Telefon söhbəti əsnasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
İlham Əliyev bir sıra ölkələrdəki səfirləri geri çağırdı,bir sıra ölkələrə yeni səfirlər təyin etdi
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 371 min nəfəri ötüb
Azərbaycanda daha 499 nəfər koronavirusa yoluxdu
İntim videosu yayılan FHN-in polkovniki həbs edilib
Dünya çempionatı: Güləşçimiz erməni rəqibini məğlub edib finala yüksəldi
Ərdoğan Hersoqla Türkiyə-İsrail əməkdaşlığını müzakirə edib
Bu gün vəfat edən polkovnik-leytenant ehtiyatda olub-MN
Mərc oyunlarının gəlirlərinin bir hissəsi sosial layihələrə yönəldiləcək
Krımın azad olunması Ukraynanın gündəlikdəki əsas məsələdir
Zelenski Ərdoğandan nəyi xahiş etdi?
"Qarabağ"ın səfər oyunu üçün əlavə biletlər satışa çıxarılıb
Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ilk iclası keçirilib
Sabah Bakıda 38° isti olacaq
“Azpetrol” işğaldan azad olunan torpaqlarda ilk YDM-ni açıb
Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət edib
Bakıda fəhlə tikilən hündürmərtəbəli binadan yıxılıb öldü
Azərbaycan nefti 97,87 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Azərbaycanda un və çörəyin qiyməti qalxdı
Putin "G20" sammitində iştirak edəcəklər
Ərdoğan:Yeni Çernobıl faciəsi yaşamaq istəmirik
V İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib
Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin danışıqlar masasında bitəcəyinə ümid edirəm
Türkiyə Ukraynanın bərpasında iştirak edəcək
Karateçimiz İrina Zaretska İslamiadanın ikiqat qalibi olub