logo

Goranboyda zəlzələ olub

23:11 05-08-2022 | icon 672
Goranboyda zəlzələ olub

Avqustun 5-də Goranboyda zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 21:01-də Mingəçevir stansiyasından 20 km cənub-qərbdə Goranboy rayonunda 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.