logo

Tərlan Əhmədov “Kəpəz”in yeni baş məşqçisi oldu

10:10 05-09-2022 | icon 1267
Tərlan Əhmədov “Kəpəz”in yeni baş məşqçisi oldu

Gəncənin “Kəpəz” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

YeniAvropa xəbər verir ki,  komandanı Tərlan Əhmədov çalışdıracaq. Gəncədə bununla bağlı rəsmi təqdimat mərasimi keçirilib. Onunla birillik müqavilə imzalanıb.

T.Əhmədov baş məşqçi vəzifəsindən bir neçə gün əvvəl istefaya göndərilən Yaşar Vahabzadəni əvəzləyib.

Qeyd edək ki,  T.Əhmədovun son çalışdırdığı klub “Keşlə” (indiki “Şamaxı") olub.

Xatırladaq ki, ötən həftə  “Kəpəz” klubu  baş məşqçi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib.

Y.Vahabzadə 2019-cu ildən “Kəpəz”i çalışdırırdı.

"Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və komanda sonuncu - 10-cu pillədə qərarlaşıb