logo

Qazaxda avtomobil aşdı, sürücü öldü

10:30 04-09-2022 | icon 9933
Qazaxda avtomobil aşdı, sürücü öldü

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

YeniAvropa xəbər verir ki, hadisə Qazax şəhərində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, 1975-ci il təvəllüdlü Aslan Məmmədov ağır xəsarətlər alıb.

O, xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.