Heydər Əliyev adına İdman-Konsert Kompleksində Karate1 Premyer Liqa turnirinə start verilib.
YeniAvropa xəbər verir ki, turnirde 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.
Sentyabrın 4-dək davam edəcək turnirin ilk günü kata yarışları ilə başlayıb.
Turnirdə ölkəmizi Əminağa Quliyev, Sultan Hüseynov (hər ikisi 60 kq), Tural Ağalarzadə, Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hamısı 67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov, Pənah Abdullayev, Ayxan Mamayevi (hamısı 84 kq), Asiman Qurbanlı və Murad Hacızadəni (hər ikisi +84 kq), İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) təmsil edirlər.
Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.