logo

Bakıda III Maliyyə və İnvestisiya Forumu keçiriləcək!

15:55 01-09-2022 | icon 2744
Bakıda III Maliyyə və İnvestisiya Forumu keçiriləcək!

Noyabrın 16-da “Baku Marriott Hotel Boulevard” otelində “Gələcək üçün yenilən” şüarı ilə III Maliyyə və İnvestisiya Forumu (FIF2022) keçiriləcək.

YeniAvropa xəbər verir ki, "Facemark" MMC-nin təşkilatçısı olduğu tədbir ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə baş tutacaq.

Forumun əsas məqsədi ölkəmizdə innovasiyayönümlü iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması və maarifləndirmə prosesindən ibarətdir.

FIF2022 dünyada və regionda yaranmış yeni iqtisadi, maliyyə, investisiya imkanları və rəqabətcil bazarı gözləyən yeni fürsətlərin müzakirə ediləcəyi bir platforma kimi çıxış edəcək. Maliyyə və investisiya sahəsində çalışan peşəkar və təcrübəli mütəxəssislər spiker qismində çıxış edərək gələcəyin iqtisadiyyatı üzrə mövzuların müzakirəsini aparacaqlar.

Gələcəyə hazırlıq bu gündən başlayır. Hər bir gələcək uğur isə dəyişiklikdən və yenilənmədən keçir. İqtisadi inkişaf naminə yeni məqsədlər və hədəflər müəyyən olunmalıdır. Azərbaycanda yaranan yeni iqtisadi-siyasi şərait regiona yeni maliyyə qurumlarını - xarici bankları, investisiya şirkətlərini, ticarət-nəqliyyat partnyorlarını cəlb etmək və yeni infrastruktur yaratmaqla iqtisadi fürsətləri dəyərləndirməyə yol açır. Eyni zamanda dünyada baş verən proseslər zəminində dəyişən mövcud reallıqlar və yanaşmalar da yeni iqtisadi mərhələyə keçidin vacibliyini sübut edir.