İrandan Azərbaycana küllü miqdarda narkotika keçirmək istədilər
Avqustub 29-da saat 22:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
DSX-nin Mətbuat Mərkəzindən YeniAvropa-ya verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, naməlum şəxs havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıb.
Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:10-da sərhədboyu ərazidə gizlədilmiş naməlum bağlamanı götürən 2 nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Saxlanılan şəxslərin Abşeron rayon sakini 1986-ci il təvəllüdlü Əlmanov Natiq Aydın oğlu və Şabran rayon sakini 1971-ci il təvəllüdlü Rəsulov Tahir Zahir oğlu olması müəyyənləşdirilmişdir. Üzərilərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitəyə (“marixuana”) bənzər maddə və 800 ədəd “metadon-40” həbi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı qeyd olunan şəxslər əraziyə narkotik vasitələri əldə etmək məqsədilə gəldiklərini etiraf ediblər.
Avqust ayının 30-da saat 16:30-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhəd pozucularının təqibinə başlanılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucuları əllərindəki bağlamaları ataraq ərazinin sıx kolluq və qamışlıq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar.
Ərazidə aparılmış axtarış tədbirləri zamanı sərhəd pozucuları tərəfindən atılmış 2 ədəd bağlamanın içərisində təxmini çəkisi 16 kiloqram 740 qram narkotik vasitəyə bənzər maddələr (15 kq 820 qram “marixuana”, 500 qram “heroin”, 420 qram “metamfetamin”) aşkar olunaraq götürülüb.
Dövlət sərhədinin pozulması ilə bağlı xidməti itlərdə cəlb edilməklə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında içərisində palçıqlı paltarlar və ayaqqabılar olan sahibsiz halda qara rəngli “Mersedes” markalı 10 SE 862 dövlət nömrə nişanlı avtomobil aşkar olunub.
Ərazidə axtarış tədbirləri nəticəsində saat 18:25-də kəndin əkin sahəsində gizlənmiş İmişli rayon sakini 1997-ci il təvəllüdlü Rzayev Əlihüseyn İlqar oğlu şübhəli şəxs qismində saxlanılmışdır. Araşdırma zamanı, o aşkarlanan avtomobilin ona məxsus olmasını və Bakı şəhərində tanış olduğu digər şəxslərlə birgə ərazidən narkotik vasitə götürmək məqsədilə gəldiyini etiraf edib.
Sərhəd axtarış tədbirləri davam etdirilərkən saat 23:55-də hadisə yerindən qaçaraq sərhədboyu zolaqda gizlənən daha bir şəxs, Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Ağamalıyev Ramil Nazim oğlu sərhədçilər tərəfindən saxlanılıb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir