logo

Laçındakı hərbi və mülki obyektlər 10 gün ərzində su ilə təchiz ediləcək

12:02 01-09-2022 | icon 6279
Laçındakı hərbi və mülki obyektlər 10 gün ərzində su ilə təchiz ediləcək

"Azərsu" ASC sentyabrın 10-dək Laçın şəhərindəki hərbi və mülki obyektləri su ilə təchiz etməyi planlaşdırır.

 YeniAvropa xəbər verir ki, bu barədə  Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib.

"Laçın şəhərinin içməli su təchizatı sistemlərinin təftişi və bərpası istiqamətində təxirəsalınmaz tədbirlər çərçivəsində mülki və hərbi obyektləri yeni yerüstü xətlər vasitəsilə içməli su ilə təmin etməyi planlaşdırırıq. Burda elə anbarlar var ki, ümumiyyətlə istifadə edilməyib, içi torpaq və daşla doludur. Laçındakı şəbəkələri araşdırıb hansıların istismara yararsız və yaxud yararlı olduğunu bilməliyik. Artıq böyük bir konteynerlə bura ehtiyyat hissələri, borular, lazımi avadanlıqlar, xüsusi texnika, mal-material gətirilib. Mütəxəssislərimiz burdadır və biz yeni alternativ yerüstü şəbəkə yaratmağa başlayacağıq ki, həmin obyektlərə maşınlar yox, şəbəkə vasitəsilə su daşıyaq, bu gün burda xidmət aparan hərbi və mülki şəxslərin su ilə təchiz edək. Artıq növbəti mərhələdə digər ərazilərimizdə olduğu kimi burda da fundamental işlərə başlayacağıq”, - o, deyib.

“Əsas hədəfimiz budur ki, Laçın şəhərində olan bütün obyektlərimizi su ilə təmin edək. Kifayət qədər su var. Bu gün hələ artezianların təmir-bərpa edilib işə salınması haqqında düşünmürük. Alternativ mənbədən suyu Laçın şəhərinə gətirib çıxarmışıq. Yeni müvəqqəti yerüstü şəbəkələr yaratmaqla obyektlərə su verməyi təmin edəcəyik. Artıq bir neçə obyektə bu xətlərlə su verməyi düşünürük. Növbəti mrəhələdə tələbata və sifarişə uyğun olaraq digər obyektlərə də su veriləcək. Sifarişlər çoxdur. Su istəyən həm mülki, həm hərbi obyektlər var. Ona görə də biz planlı şəkildə boruların hamısını su ilə təmin edəcəyik. Çalışacağıq ki, sentyabrın 10-a qədər bütün obyektləri su ilə təmin edək”, - A.Cəbrayıllı əlavə edib.