Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağdakı vəziyyətdən danışıb
Avqustun 3-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və yaranmış gərginlik müzakirə olunub.
Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən həm iki dövlətin sərhəd bölgəsində, həm də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təxribatlar törədildiyi, avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması faktını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin öz suveren ərazilərində hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin bu təxribatlarının Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında bəyanatların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini bildirib. Nazir, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb. Ermənistan tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməməsinin bölgədə yaşanan gərginliyin əsas səbəbi olduğu diqqətə çatdırılıb.
Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
"Babadağ"da həlak olan şəxsin meyiti tapılıb
İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının prezidentini qəbul edib
Rusiyanın Krımdakı aerodromunda silsilə partlayışlar olub
İlham Əliyev Konyada Fələstinin baş nazirini qəbul edib
Ceyhun Bayramov Qarabağdakı son gərginliyin səbəbini açıqlayıb
Bizimlə bir yerdə olanlar qazanar-Ərdoğan
Ermənistandan öz hərbçilərini Qarabağdan çıxarmasını israrla tələb edirik-Ceyhun Bayramov
Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verdi-İlham Əliyev
Ermənistan istəsə də, istəməsə də Naxçıvanla quru əlaqələri qurulacaq
Kommunikasiyaların açılması ilə bağlı hələ də yekun nəticə yoxdur-Ceyhun Bayramov
Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır-İlham Əliyev
Laçında işğaldan sonra qanunsuz məskunlaşma aparılıb-Hikmət Hacıyev
Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır
Qadın millimiz Dünya Şahmat Olimpiadasında 8-ci olub
Ağdam Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənib
"Babadağ"da həlak olan şəxs cəsədi dronla axtarılır-FHN
Rusiya neftinin Ukrayna ərazisindən tranziti dayandırılıb
Kreml Ukraynanı “Bayraktar” zavodunu partladacağı ilə təhdid etdi
Ceyhun Bayramov Türkiyənin aparıcı KİV-lərinə müsahibə verib
İlham Əliyev və Mehriban Əliyeva Konyada azərbaycanlı idmançılarla görüşüb
Sabah Bakıda şimal küləyi əsəcək, 33° isti olacaq
İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
Cənubi Qafqazda bərpa olunan sülh Ermənistan üçün də bir fürsətdir-Hulusi Akar
18 il əvvəl Yasamalda qətl törədib,evdən külli miqdarda pul aparan şəxslərin məhkəməsi bağlayır
Azərbaycan nefti 98,74 dollara satılır