logo

Bakı-Sumqayıt elektrik qatarı yeni qrafiklə işləyəcək

10:10 01-09-2022 | icon 2765
Bakı-Sumqayıt elektrik qatarı yeni qrafiklə işləyəcək

Biləcəri–Keşlə sahəsində kontakt naqilinin dəyişidirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının qrafiklərində müvəqqəti dəyişikliklər ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən YeniAvropa-ya bildirilib ki, sentyabrın 3-ü saat 09:00-dan, sentyabrın 8-i saat 19:00-dək Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtı yeni qrafiklə olacaq.

Aparılan təmir işləri Bakıdan Gəncəyə yola düşən sürət qatarının hərəkət qrafikinə təsir etməyəcək. Lakin Gəncədən Bakıya gələn sürət qatarı 10 dəqiqə gecikmə ilə ünvana çatacaq.

Təmir işləri ilə əlaqədar olaraq Bakı istiqamətində hərəkət edən Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarına və Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə müvəqqəti olaraq Biləcəri stansiyasının meydan tərəfdəki deyil, əks tərəfdəki platformasında aparılacaq.

Dəyişiklik edilən hərəkət cədvəli ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/media/xeberler/baki-sumqayit-baki-qatarlarin-hereket-qrafikinde-muveqqeti-deyisiklik-edilir. Elektrik qatarlarının müvəqqəti dəyişiklik edilən reyslərinin nömrələri cədvəldə sarı rənglə işarələnib.