Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib-VİDEO
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.
Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.
"Babadağ"da həlak olan şəxsin meyiti tapılıb
İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının prezidentini qəbul edib
Rusiyanın Krımdakı aerodromunda silsilə partlayışlar olub
İlham Əliyev Konyada Fələstinin baş nazirini qəbul edib
Ceyhun Bayramov Qarabağdakı son gərginliyin səbəbini açıqlayıb
Bizimlə bir yerdə olanlar qazanar-Ərdoğan
Ermənistandan öz hərbçilərini Qarabağdan çıxarmasını israrla tələb edirik-Ceyhun Bayramov
Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verdi-İlham Əliyev
Ermənistan istəsə də, istəməsə də Naxçıvanla quru əlaqələri qurulacaq
Kommunikasiyaların açılması ilə bağlı hələ də yekun nəticə yoxdur-Ceyhun Bayramov
Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır-İlham Əliyev
Laçında işğaldan sonra qanunsuz məskunlaşma aparılıb-Hikmət Hacıyev
Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır
Qadın millimiz Dünya Şahmat Olimpiadasında 8-ci olub
Ağdam Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənib
"Babadağ"da həlak olan şəxs cəsədi dronla axtarılır-FHN
Rusiya neftinin Ukrayna ərazisindən tranziti dayandırılıb
Kreml Ukraynanı “Bayraktar” zavodunu partladacağı ilə təhdid etdi
Ceyhun Bayramov Türkiyənin aparıcı KİV-lərinə müsahibə verib
İlham Əliyev və Mehriban Əliyeva Konyada azərbaycanlı idmançılarla görüşüb
Sabah Bakıda şimal küləyi əsəcək, 33° isti olacaq
İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
Cənubi Qafqazda bərpa olunan sülh Ermənistan üçün də bir fürsətdir-Hulusi Akar
18 il əvvəl Yasamalda qətl törədib,evdən külli miqdarda pul aparan şəxslərin məhkəməsi bağlayır
Azərbaycan nefti 98,74 dollara satılır