logo

“Azercell” “Süni İntellekt əsaslı Virtual Assistent xidməti”ni istifadəyə verir

18:48 29-08-2022 | icon 2401
“Azercell” “Süni İntellekt əsaslı Virtual Assistent xidməti”ni istifadəyə verir

“Azercell” ölkənin telekom bazarında ilk “Telefon Mərkəzi Virtual Assistent xidməti”ni - “Aİcell”i məmnuniyyətlə təqdim edir. Bu texnoloji yenilik süni intellekt əsasında çalışır və abunəçilərimizin müştəri təcrübəsini zənginləşdirmək üçün tərtib olunub.

Xidmətin pilot mərhələsində “Azercell Telefon Mərkəzi”nə zəng edən abunəçilərimizi “Aİcell” adlı “Virtual Assistent” salamlayacaq və müştərinin sual və istəyini öyrənərək zəngi operatora yönləndirəcək. “Azercell” tədricən “Virtual Assistent”in ünsiyyət funksiyalarını və xidmət imkanlarını genişləndirərək, abunəçi istəklərini daha fərdiləşdirilmiş şəkildə həll etmək üçün şərait yaradacaq.

Qeyd edək ki, səs emalı botları telekommunikasiya sənayesində texnoloji sıçrayış hesab olunur. Layihənin ən vacib və maraqlı aspektlərindən biri isə “Virtual Assistent”in Azərbaycan dilində tam spektrli xidmət göstərməsidir ki, bu isə öz növbəsində müştərilərə yeni təcrübə imkanları yaradacaq.

“Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə əsaslanaraq ölk