"Qarabağ"ın futbolçusu İbrahima Vadji Fransanın "Sent Etyen" komandasına transfer olunub.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.
Vadji 2021-ci ilin yayından çıxış etməyə başladığı "Qarabağ"da 36 oyuna 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Fransanın 2-ci liqasında çıxış edən "Sent Etyen" 5 oyundan 3 xal toplayaraq, turnir cədvəlində sonuncu - 20-ci pillədə qərarlaşıb.