Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) daxil olan neft gəlirləri üzrə xam neftin bir barelinin xalis mədaxil qiyməti 65,4 ABŞ dollarına bərabər olub.
YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-dən bildirilib. Qeyd edilib ki, hesabat ilində Fondun büdcə gəlirləri 9,4 milyard ABŞ dolları təşkil edib.
Ötən il Fondun ehtiyatları 45,03 milyard ABŞ dolları səviyyəsinə yüksəlib