logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 862 min nəfəri ötüb

17:26 26-08-2022 | icon 3710
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 862 min nəfəri ötüb

Avqustun 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1301 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 244, ikinci doza vaksinlərin sayı 176, üç və daha çox doza vaksinlərin sayı 3738, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 143-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 854 min 508, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 372 min 766, ikinci mərhələ üzrə 4 milyon 862 min 80, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 360 min 988, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258 min 674-dür.