Avqustun 24-də Bakıda Qazaxıstan ilə Azərbaycan arasında 7 sənəd imzalanıb.
YeniAvropa xəbər verir ki, sənədlərin imzalanması mərasimi Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının İ iclası çərçivəsində baş tutub.
İki ölkə arasında əməkdaşlığı nəzərdə tutan sənədlər bunlardır:
-Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum;
-Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin(AZPROMO) və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;
-Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının(ASK) və Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş;
-Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi(KOBİA) ilə Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” arasında Anlaşma Memorandumu;
-“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” MMC arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;
-“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, “Cool İnfinity”” və “Foodcity Alliance” arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;
-“KTZ Express Hong Kong Limited” MMC və “ADY Container” MMC arasında Tərəfdaşlıq Sazişi imzalanıb.