logo

Qazaxıstanın 65 şirkəti Qarabağda biznes qurmaq üçün müraciət edib

16:06 24-08-2022 | icon 3136
Qazaxıstanın 65 şirkəti Qarabağda biznes qurmaq üçün müraciət edib

Qarabağ bölgəsi müxtəlif sahələrdə, o cümlədən turizm, kənd təsərrüfatı, energetika sahəsində zəngin potensiala malikdir. Bu günə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə(KOBİA) bu regionda biznes qurmaq istəyən şirkətlərdən 1100-dən çox müraciət daxil olub.

 YeniAvropa xəbər verir ki, bu barədə  KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov avqustun 24-də Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclasında çıxışı zamanı deyib.

O.Məmmədov qeyd edib ki, onların arasında 65-ə yaxın müraciət Qazaxıstan şirkətlərinə aiddir.