Avqustun 24-də Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin sədri Yusif Abdullayev Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq tellərinin bağladığını bildirib.
O, diqqətə çatdırıb ki, burada eyni soy-kök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir.
Y.Abdullayev vurğulayıb ki, İşgüzar Şuranın tərkibində 59 şirkət mövcuddur və bunlardan 35-i Azərbaycan şirkəti, 24-ü Qazaxıstan şirkətidir: “Ümidvarıq ki, gələcəkdə bu şirkətin sayı artacaq”.
Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrindən danışıb.