Xan yaylağı II Milli Yaylaq Festivalına ev sahibliyi edəcək
İyulun 29-dan 31-dək Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə ikinci Milli Yaylaq Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyindən YeniAvropa-ya bildirilib ki, artıq ikinci dəfə təşkil olunacaq festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan seçib.
“Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir.
Xan yaylağının ərazisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərəcək.
Festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.
Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev Xan yaylağında olub və festivala hazırlıq işlərinin gedişatı ilə maraqlanıb. Təşkilati məsələlərlə, yaylaq ərazisində mədəniyyət guşələrinin və səhnələrin qurulması, mədəni proqramın tərtibi, kollektivlərin çıxışları, loqistika məsələləri ilə yerində tanış olan nazir müavini festivalın layihə rəhbəri “Cavad xan” Tarix və Mədəniyyət fondunun vitse-prezidenti Müzadil Həsənovla, təşkilat komitəsinin üzvləri ilə və könüllülük proqramı üzrə seçilmiş gənclərlə görüşüb.
Görüşdə qeyd olunub ki, mədəniyyətin gənclər üçün əlçatan olması, milli mədəniyyətə sahib çıxması baxımından könüllülərin və ümumiyyətlə, gənclərin tədbirdə iştirakı vacibdir. Azərbaycan gəncliyinin mədəni proseslərdə fəal iştirakı Mədəniyyət Nazirliyinin strateji məqsədlərindəndir.
Yaylaq ərazisində hazırlıq işlərinin tamamlanması və təşkilati məsələlərin həlli üçün tapşırıq və tövsiyələrini verən E.Əliyev bildirib ki, Mədəniyyət Nazirliyi milli mədəniyyətin təbliğinə yönəlmiş Yaylaq Festivalına xüsusi önəm verir və tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi dəstəyi göstərir.
Azərbaycan mədəniyyətinin, tarixinin tanıdılmasının Mədəniyyət Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən nazir müavini Nazirliyin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, o cümlədən “Yurd” layihəsi haqqında məlumat verib.
Festival məkanında milli mədəniyyətimizin canlandırılması - tədbirin bədii proqramın, açılış və bağlanış mərasimlərinin təşkili, oyun və konsert səhnələrinin quraşdırılması Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
İkinci Milli Yaylaq Festivalının bədii proqramına Akademik Musiqili Teatr, Dövlət Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, həmçinin Gəncə, Masallı və Şəki Regional Mədəniyyət İdarələrinin musiqi, rəqs və folklor kollektivlərinin çıxışları daxildir.
Qeyd edək ki, I Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilib və ilk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılıb.
"Babadağ"da həlak olan şəxsin meyiti tapılıb
İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının prezidentini qəbul edib
Rusiyanın Krımdakı aerodromunda silsilə partlayışlar olub
İlham Əliyev Konyada Fələstinin baş nazirini qəbul edib
Ceyhun Bayramov Qarabağdakı son gərginliyin səbəbini açıqlayıb
Bizimlə bir yerdə olanlar qazanar-Ərdoğan
Ermənistandan öz hərbçilərini Qarabağdan çıxarmasını israrla tələb edirik-Ceyhun Bayramov
Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verdi-İlham Əliyev
Ermənistan istəsə də, istəməsə də Naxçıvanla quru əlaqələri qurulacaq
Kommunikasiyaların açılması ilə bağlı hələ də yekun nəticə yoxdur-Ceyhun Bayramov
Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır-İlham Əliyev
Laçında işğaldan sonra qanunsuz məskunlaşma aparılıb-Hikmət Hacıyev
Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır
Qadın millimiz Dünya Şahmat Olimpiadasında 8-ci olub
Ağdam Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənib
"Babadağ"da həlak olan şəxs cəsədi dronla axtarılır-FHN
Rusiya neftinin Ukrayna ərazisindən tranziti dayandırılıb
Kreml Ukraynanı “Bayraktar” zavodunu partladacağı ilə təhdid etdi
Ceyhun Bayramov Türkiyənin aparıcı KİV-lərinə müsahibə verib
İlham Əliyev və Mehriban Əliyeva Konyada azərbaycanlı idmançılarla görüşüb
Sabah Bakıda şimal küləyi əsəcək, 33° isti olacaq
İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
Cənubi Qafqazda bərpa olunan sülh Ermənistan üçün də bir fürsətdir-Hulusi Akar
18 il əvvəl Yasamalda qətl törədib,evdən külli miqdarda pul aparan şəxslərin məhkəməsi bağlayır
Azərbaycan nefti 98,74 dollara satılır