Bu il sentyabrın 16-da Şuşada Qarabağ Biznes Forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının(TDT) "Twitter" səhifəsində məlumat paylaşılıb.
“Sentyabrın 16-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin iş adamlarının iştirakı ilə Qarabağ Biznes Forumu baş tutacaq”, - deyə paylaşımda bildirilib.