logo

Qusarda Türkiyə vətəndaşını maşın vurub öldürdü

09:33 24-08-2022 | icon 9100
Qusarda Türkiyə vətəndaşını maşın vurub öldürdü

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki,  hadisə rayonun Samur qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yük maşınının sürücüsü olan Türkiyə vətəndaşı 1974-cü il təvəllüdlü Şahin İsmayılı vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.