Avqustun 23-də Tbilisidə səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi, nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Tərəflər, eyni zamanda regional nəqliyyat dəhlizləri ilə bağlı fikir mübadiləsi aparıblar.