Qurban Qurbanov:"Məqsədimiz Çempionlar Liqasının qrupuna düşməkdir"
"Hamımızın məqsədi yaxşı nəticə göstərərək, qrupa düşməkdir. Bu gün belə şansımız var. Rəqib də eyni fikirdədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq. Rəqib də istəklidir. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə çalışacağıq".
YeniAvropa xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çexiyada "Viktoriya"(Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis Bakıdakı matçda yaxşı qol şanslarının olduğunu bildirib: "Viktoriya" da standart vəziyyətlər təhlükəli oldu. Xırda detallar üzərində danışmışıq. Epizodları futbolçularıma göstərmişəm. Sabah daha dəqiq oynamaq və rəqibin hücumlarının qarşısını almaq üçün diqqətli olmalıyıq".
O, Maksim Medvedevlə Kevin Medinadan başqa, bütün oyunçuların sağlam olduğunu söyləyib: "Hamı oyuna hazırlaşır. Sadəcə, 2 mərkəz müdafiəçisi olmayacaq. Digərləri ilə bağlı problem yoxdur".
Qurbanov "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin cavab matçında da müdafiə futbolu oynayacaqları ilə bağlı fikirlərinə də toxunub: "Hər şeyə hazır olmalıyıq. Bu komandanın çox yaxşı hücum potensialı var. Müdafiədə mütləq diqqətli olacaqlar. Amma hücumda da güclüdürlər. Düşünsək ki, ancaq qapanacaqlar, yanlış olar. Rəqib həm pressinq etməyi, həm də topla oynamağı bacarır. Müdafiədən oynamağı düşünmürük. Rəqib bizi buna məcbur edərsə, yalnız o zaman müdafiəyə çəkilərik. Amma öz oyunumuzu göstərməyə çalışacağıq. Özünün də dediyi kimi, rəqib baş məşqçi hələlik heyətlə bağlı qərar verməyib. Əlində 2 heyət olduğunu söyləyib. Ona görə də oyunu gözləməliyik".
Təcrübəli mütəxəssis həm aeroportda, həm də oteldə bir qrup çexiyalı azarkeşin komandanı xoş qarşıladığını vurğulayıb: "Futbolçularımın, mənim avtoqrafımı istədilər. Əllərində mənim, hətta köməkçilərim - Zaur Tağızadə, Elçin Rəhmanov və Elxan Həsənovun futbol oynadığımız vaxtlardakı şəkillərini gördüm. Mənim üçün çox xoş oldu. Sayları az olsa da, bizə çox böyük dəyər verdilər. Hər birinə təşəkkür edirəm".
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov