logo

“Qarabağ” pley-off  mərhələsinin cavab oyunu üçün Çexiyaya gedib

12:02 22-08-2022 | icon 2562
“Qarabağ” pley-off  mərhələsinin cavab oyunu üçün Çexiyaya gedib

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə cavab oyunu üçün Çexiyaya gedib.

YeniAvropa xəbər verir ki, bu gün Bakı vaxtı ilə 21:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 22:00-da matçın keçiriləcəyi Plzen şəhər stadionunda "Qarabağ"ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bakıdakı ilk matç 0:0 hesabı ilə yekunlaşıb.