logo

Avropa çempionatı: Şahmatçılarımız liderlər qrupunda qərarlaşıblar

09:59 22-08-2022 | icon 2142
Avropa çempionatı: Şahmatçılarımız liderlər qrupunda qərarlaşıblar

Praqada şahmat üzrə qadınlar arasında Avropa çempionatında təmsilçilərimiz uğurla çıxış edirlər.

YeniAvropa xəbər verir ki, iki turdan sonra Azərbaycan şahmatçıları Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva maksimum xalla liderlər qrupunda qərarlaşıblar.

Gülnar Məmmədova, Ləman Hacıyeva 1,5, Gövhər Beydullayeva 1, Xanım Balacayeva, Səbinə İbrahimova 0,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.