Sabah, avqustun 23-də Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyada “Viktoriya”(Plzen) komandası ilə cavab oyununa çıxacaq.
YeniAvropa xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. FIFA referisi Artur Diaşa Ruy Tavareş və Paulu Soareş laynsmanlar qismində kömək göstərəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Tyaqu Martinş və Luiş Qodinyu olacaq.
Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.