logo

Bakıda dönərxanada yanğın olub

11:11 21-08-2022 | icon 8162
Bakıda dönərxanada yanğın olub

Bakıda dönərxanada yanğın hadisəsi baş verib. 

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hadisə paytaxtın Xətai rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində qeydə alınıb.

Ümumi sahəsi 20 m² olan obyektin(dönərxana) mətbəxində bir ədəd mikrodalğalı soba və bir ədəd stol yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Obyekt yanğından mühafizə olunub.