logo

Rusiya xokkeyçiləri gələn il də beynəlxalq yarışlara buraxılmayacaq

09:30 21-08-2022 | icon 2142
Rusiya xokkeyçiləri gələn il də beynəlxalq yarışlara buraxılmayacaq

Rusiyanın xokkey yığma komandası  gələn il də beynəlxalq yarışlara buraxılmayacaqlar.

 YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının rəhbəri Lyuk Tardif məlumat verib. Bildirib ki, Rusiyanın Ukraynaya  qarşı apardığı işğalçılıq müharibəsi səbəbindən rusiyalı komandalara tətbiq edilən sanksiyalar səbəbindən qurum Rusiya və Belarus yığmalarının 2023-cü ildə beynəlxalq turnirlərdə iştirakına icazə verməyi planlaşdırmır.

Onun sözlərinə görə, bu iki yığma komandalarla bağlı qərarlar mövsümdən mövsümə yenilənəcəkdir.