UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Sürix” oyununda birinci hissə başa çatıb.
YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın 17-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Kadi Borges fərqlənib. On doqquz dəqiqə sonra İbrahima Vadji baxımlı qola imza ataraq “Qarabağ”ı hesabda önə keçirib.
Birinci hissə Ağdam təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.
Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.