logo

UEFA Çempionlar Liqası: “Qarabağ” - “Sürix” oyunu başlayıb

20:02 19-07-2022 | icon 2023
UEFA Çempionlar Liqası: “Qarabağ” - “Sürix” oyunu başlayıb

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) - “Sürix” (İsveçrə) oyunu başlayıb.

YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev və Kevin Medina yer alıblar.

“Sürix”in heyətində isə meydana Yanik Brexer, Lindrit Kamberi, Adrian Gerrero, Fidan Aliti, Antonio Markesano, Mark Hornşux, Nikola Boraniyaşeviç, Blerim Cemayli, Vilfred Qnonto, Fabian Roner və Mirlind Kryeziu çıxıblar.

Qarşılaşmanı Bosniya və Herseqovinadan olan baş hakim İrfan Peljto edir.

"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.

Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.