logo

İstanbulda Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin görüşü keçiriləcək

19:49 19-07-2022 | icon 1190
İstanbulda Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin görüşü keçiriləcək

İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətimiz Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin ikinci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, nümayəndə heyətinə parlamentin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, deputatlardan Elnur Allahverdiyev, Anar Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclisin sədri iyulun 21-də İstanbulda keçiriləcək Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin ikinci üçtərəfli görüşünə qatılacaq, tədbirdə müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Səfər çərçivəsində keçiriləcək ikitərəfli görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, çoxtərəfli formatda əməkdaşlığın daha da dərinləşdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər iyulun 22-də başa çatacaq.