logo

Sabah Bakıda 34° isti olacaq

13:31 19-07-2022 | icon 1911
Sabah Bakıda 34° isti olacaq

Azərbaycanda iyulun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.