logo

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Sürix"i qəbul edir

09:29 19-07-2022 | icon 2331
UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Sürix"i qəbul edir

Ağdamın "Qarabağ" futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun komandası ikinci təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrənin "Sürix" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Qarşılaşmanı Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

Ağdam təmsilçisinin heyətində zədəli olan Qara Qarayev oyunu buraxacaq. Qonaqlarda isə itki yoxdur.

"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.

Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. "Sürix"i üstələyəcəyi təqdirdə, "Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.